01.06.2017

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilmişdir.

01 iyun 2017-ci il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Faiq Rüstəmov açmışdır. O, uşaqları bayram münasibəti ilə təbrik etmiş, onlara xoşbəxtlik, sülh və dərslərində müvəffəqiyyətlər arzulamışdır.

Məktəbdə bayram münasibəti ilə əlaqədar rəsm müsabiqəsi keçirilmişdir. Qaliblər məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişlər.

01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 12 saylı Ərazi Vergilər Departamenti rəsm və inşa yazı müsabiqəsi keçirmişdir. Qaliblər Vergilər Departamenti tərəfindən fəxri fərmanla və “Vergilər uşaqların gözü ilə” kitablarla təltif edilmişlər.

Sonra söz məktəbin şagirdlərinə verilmişdir. Onlar Vətən, sülh haqqında şeirlər söyləmiş, rəqs nümunələri göstərmiş, mahnılar oxumuşlar.

Bununla da tədbir yekunlaşmışdır.


Açar sözlər: