15.09.2017

    Naftalan şəhərində “Bilik Günü” qeyd edildi.

    15 sentyabr 2017-ci il tarixdə şəhərin tam orta məktəblərində Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəb direktorları müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Sonra Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirova və Şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək qazandıqları nailiyyətlərə görə və qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar.
    “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. İlk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.


Açar sözlər: ,