29.09.2017

    Naftalan şəhər ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.

    Naftalan şəhər ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Azərbaycançılıq və hərb tariximiz" mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

    28  sentyabr 2017-ci il  tarixdə  Naftalan  şəhər  S.Vurğun  adına 2 nömrəli tam  orta məktəbin akt zalında “Synergy” Fondunun təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif  şagirdlərdlərindən  ibarət  7 komandanın iştirakı ilə “Nə? Harada? Nə zaman?” intelektual yarışması keçirilib. Olduqca gərgin və maraqlı keçən bilik yarışında Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin “Xəmsə” komandası I yeri, Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin “Qarabağ” komandası II yeri tutaraq Şəmkir rayonunda keçiriləcək final yarışına vəsiqə qazanıblar.Şagirdlərimizi təbrik edir və final yarışında uğurlar arzulayırıq.

    Tədbirin sonunda yarışda iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olundu.


Açar sözlər: