01.11.2017

    Naftalan şəhər ümumtəhsil məktəblərində “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Naftalan şəhərində “Uşaq hüquqları aylığı”na həsr edilmiş silsilə tədbirlər keçirilib. Bu məqsədlə şəhər İcra Hakimiyyəti, şəhər Polis şöbəsi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şəhərin hər üç tam orta məktəbində maarifləndirici tədbirlər keçirilib.

Tədbir iştirakçılarına şəhər Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlar üzrə profilaktiki işin təşkili qrupunun inspektoru Vasif Quliyev tərəfindən BMT-nin "Uşaq Hüquqları Bəyannaməsi" və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun əsas müddəaları ilə bağlı ətraflı məlumat verilib.

Həmçinin iştirakçılara Uşaq Hüquqları Konvensiyasının maddələri haqqında geniş məlumat verilmiş, bütün hüquqların 4 geniş kateqoriyaya - inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqlarına bölündüyünü məktəblilərin diqqətinə çatdırılmış, qanunun yerinə yetirilməsi sahəsində onların üzərinə düşən vəzifələri izah olunmuşdur. Diskusiya şəklində keçirilən tədbirlərdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,