26.02.2018

“Xocalı Faciəsi”nin iyirmi altıncı ildönümü ilə əlaqədar şəhərin tam orta məktəblərində anım tədbirləri keçirilib.

Naftalan şəhər ümumtəhsil məktəblərində Xocalı faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı anım tədbirləri keçirilib. Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdilər,erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdilər. Tədbirdə şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.Həmçinin məktəblərdə şagirdlərin iştirakı ilə Xocalı faciəsinə həsr edilmiş rəsm müsabiqələri keçirilib. Məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb.