14.05.2018

    9 May Qələbə günü münasibəti ilə tədbir keçirilib

    Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar  tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    Məktəbin direktoru Adilə Bağırova çıxış edərək İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib.

    Tədbirdə bildirilib ki, Ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır.

    Şagirdlər Böyük Vətən Müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

    Məktəb kollektivləri şəhərdə yerləşən Qələbə abidəsini ziyarət ediblər. Şagirdlər abidənin önünə gül-çiçək dəstələri qoymuş, Böyük Vətən müharibəsində həlak olmuş insanların əziz xatirəsini yad ediblər.


Açar sözlər: ,  ,