16.05.2018

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə 15 May “Beynəlxalq Ailə günü” qeyd edilib.

Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Beynəlxalq Ailə  günü” (BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il  qətnaməsinə müvafiq olaraq) münasibəti ilə  “Ailə Bayramı”   qeyd edilib. Tədbirdə iştirak edən ailələr arasında  viktorinalar,  mətbəx ənənələrinin təbliği məqsədi ilə yemək bişirmə üzrə yarışlar  keçirilib, şagirdlərin əl işləri nümayiş edilib.  Yekunda qalib ailə mükafatlandırılıb. 


Açar sözlər: ,