27.05.2016

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 2-b sinfində açıq dərs keçirildi

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə iş planına uyğun olaraq “açıq dərs”lər təşkil olunur, müəllimlər öz təcrübələrini həmkarları ilə bölüşürlər. Cari dərs ilində məktəbdə keçirilən və bir növ müsabiqə xarakteri daşıyan “açıq dərs”lərdə ibtidai sinif müəllimi Lətafət Allahverdiyeva fərqlənib. Onun müasir tədris metodları ilə apardığı “açıq dərs”lər çox maraqla qarşılanır. L.Allahverdiyevanın II “B” sinfi ilə apardığı “açıq dərs” isə 2015-2016-cı tədris ilinin ən maraqlı və fərqlənən dərslərindən biri hesab olunub. Dərsi dinləyən mütəxəssislər, ibtidai sinif müəllimləri müəllimin yaradıcı işini, fəal təlim metodlarından məharətlə istifadə etməsini yüksək qiymətləndirdilər.


Açar sözlər: