14.06.2016

        Naftalan şəhər ümumtəhsil məktəblərində  "Son zəng" tədbiri 

        Son zəngin çalınması musiqi sədaları altında səmaya rəngbərəng şarların buraxılması ilə müşayət olunub. Eyni zamanda ümumşəhər tədbirlərində fəal iştiraklarına və təhsildəki uğurlarına görə bir qrup müəllim və şagird  diplom və fəxri fərmanlarla təltif olunub.

14.06.2016

    Naftalanda Milli Qurtuluş günü qeyd olundu.

    Naftalan şəhərində 15-iyun Milli Qurtuluş günü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edirdi.

14.06.2016

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Ətraflı
14.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Ətraflı
14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
10.06.2016

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 1-c sinfində Əlifba bayramı keçirilmişdir.

        Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin I-c sinfində Əlifba bayramı keçirilmişdir.

10.06.2016

    Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 1-b sinfində Əlifba bayramı keçirilmişdir.

        Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin I-b sinfində Əlifba bayramı keçirildi. Sinif rəhbəri Ulduzə müəllimə və şagirdlər bu bayramın maraqlı keçməsi üçün əllərindən gələni əsirgəmədilər.

09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
03.06.2016

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin  4-a sinfində açıq dərs keçirildi.

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ədilova Bəstinin IV a sinfində açıq dərs keçirilib. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.  IV  sinifdə keçilən dərsin mövzusu “Fikrətin dostu”  idi. 

02.06.2016

    Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

    Bu münasibətlə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin geniş həyətində düzənlənən tədbirə şagirdlər, məktəb müəllimləri şənliyə qatılmışdı. 

02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
31.05.2016

    Naftalan şəhər S.Vurğun adına 2 nömrəli  tam orta məktəbin 1c sinif şagirdləri Əlifba bayramlarını qeyd etdilər.

    Məktəblilər bir ildə öyrəndiklərinin hesabatını çətin də olsa bir gündə verməyə çalışdılar. Tədbiri məktəbin direktoru Adilə Bağırova açaraq uşaqlara hər zaman səslərinin ali məktəbələrdən gəlməsini, gələcək təhsil yollarında müvəffəqiyyət arzuladı. Tədbirdə istedadlı uşaqlar bir–birindən gözəl milli rəqs nümunələri, bir–birindən gözəl və maraqlı səhnəciklər göstərərək gələn qonaqların zövqünü oxşadılar.

Ətraflı
27.05.2016

        Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası III yer tutmuşdur

“Aran” regional mərkəzinin 26.05.2016-cı il tarixdə Yevlax şəhərində keçirilən zona yarışmasında şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin komandası III yeri tutmuşdur.

27.05.2016

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 2-b sinfində açıq dərs keçirildi

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə iş planına uyğun olaraq “açıq dərs”lər təşkil olunur, müəllimlər öz təcrübələrini həmkarları ilə bölüşürlər.

Ətraflı
25.05.2016

Təmayül məktəblərin şəbəkəsi genişləndirilib

2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və  36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Ətraflı