Dəmirova Rəna  Şahmar qızı

Müdir

 

1958-ci il avqust ayının 2-də Naftalan şəhərində anadan olmuşdur.

1965-cı ildə Naftalan şəhər orta məktəbinin birinci sinfinə qəbul olmuş, 1975-ci ildə orta məktəbi bitirmişdir.

1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə (qiyabi) daxil olmuş, 1982-ci ildə bitirmişdir. Təhsilini davam etdirməklə, 1976-cı il oktyabr ayının 25-dən şəhər kitabxanasında kitabxanaçı, 1978-ci il oktyabr ayının 23-dən isə şəhər Mədəniyyət İnspektoru vəzifəsində işləmişdir.

09.01.1992-ci il tarixdən şəhər Təhsil şöbəsində hal-hazıra kimi məsləhətçi vəzifəsində işləyir.

11.08.2015-ci il tarixdən şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini əvəz edir.

Ailəlidir.