01.08.2021

“01 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Naftalanda “01 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

Naftalan şəhər Gənclər və İdman idarəsinin və şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə İ.Nəsimi adına 1saylı tam orta məktəbdə, Naftalan şəhər orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “01 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə “Ana dili hər bir xalqın milli kimliyidir” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

İlk öncə Naftalan şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Faiq Rüstəmov müsabiqənin hər bir gəncin gələcək həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək iştirakçılara uğurlar arzuladı.

Daha sonra şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi İsa İsayev iştirakçıları müsabiqənin şərtləri ilə tanış etdikdən sonra müsabiqəyə start verildi.

Qeyd edək ki, müsabiqədə şəhərin 3 orta ümumtəhsil məktəblərindən 15 nəfər şagird iştirak edirdi və qaliblər şəhər Təhsil şöbəsi tərəfindən təyin olunmuş ekspert qrupunun verdiyi rəyə əsasən müəyyən olunacaqdır.


Açar sözlər: ,  ,