06.10.2021

Naftalanda “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

Naftalan şəhər Gənclər və İdman İdarəsinin və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin ruhu 1 dəqidəlik sükutla yad edildi.

Daha sonra Naftalan şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Elman Şərəfxanov və İsa İsayev, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova, şəhər Polis şöbəsinin İTB-nin YYÇPİTQİ-u Polis Leytenantı Cəngavər Təhməzli və şəhər Mərkəzi Xəstəxanasının həkimi Xalidə Həsənova mövzu ətrafında çıxış edərək tədbirin şagirdlər arasında sağlam həyat tərzinin, hüquqi biliklərin təbliğinə bir töhfə olduğunu və bu istiqamətdə məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin önəmli olduğunu vurğuladılar. Bildirdilər ki, narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi insan səhhətinə vurulan ən böyük ölümcül fəsadlardır. Tədbirdə narkomaniyanın mənfi tibbi və sosial, hüquqi nəticələri barədə ətraflı məlumatlar verilərək bununla bağlı mövcud olan cinayət və inzibati xətalar sahələrinin hüquq normaları şagirdlərin diqqətinə çatdırıldı.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.


Açar sözlər: ,  ,  ,