11.10.2021

VIII-XI sinif şagirdləri arasında “Zəfər yolu” başlığı altında inşa müsabiqəsi keçirilib

Uzun illər işğal altında olmuş Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində 2020-ci ilin sentyabrında ölkəmizə qarşı növbəti təxribata və hərbi təcavüzə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunması, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün səfərbər və həmrəy olaraq Vətən müharibəsində öz tarixi qələbəsini qazandı.

Ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün məktəbdə yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında "Zəfər yolu" başlığı altında inşa müsabiqəsinin şəhər mərhələsi keçirilib.


Açar sözlər: ,  ,  ,