23.11.2021

Vaksinasiya prosesi ilə bağlı maarifləndirici onlayn görüş keçirilib

“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Naftalan şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyət bu prosesdə kütləvi şəkildə iştirak edir.

Belə ki, təhsil işçilərinin 90%-dən çoxu COVİD-19-a qarşı hər 2 doza vaksin olunub.Üçüncü doza ilə peyvəndlənmə prosesi isə davam edir.

Bununla belə Koronavirus pandemiyasından qorunmaq və peyvəndlənmə prosesi ilə bağlı ümumtəhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Görüşlərdə vətəndaşların üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsi ilə bağlı məlumat verilib. Həmçinin koronavirusla mübarizə üçün kütləvi immunitetin formalaşdırılmasının vacibliyi vurğulanıb. Nəzərə çatdırılıb ki, vaksinasiya prosesində iştirak etməklə vətəndaşlar COVID-19 infeksiyasına yoluxma hallarını azalda bilərlər.


Açar sözlər: ,  ,  ,