25.11.2021

"Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda şeir müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.07.2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş "Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq  Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında "Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda şeir müsabiqəsi keçirilib.

Müsabiqənin məqsədi şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, onların bədii-estetik zövqünü formalaşdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.


Açar sözlər: ,  ,